Müharibə başlayandan 10 milyon ukraynalı evini tərk edib

Ukraynada müharibə başlayandan bəri ölkənin 10 milyon sakini evlərini tərk etmək məcburiyyətində qalıb.

Azpost.info xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsinin rəhbəri Filippo Qrande deyib.

O, beynəlxalq ictimaiyyəti Ukraynaya dəstəyi davam etdirməyə çağırıb.

Ali Komissarlığının məlumatına görə, hazırda müharibə zamanı təxminən 6,3 milyon insan Ukraynadan qaçıb, daha 3,7 milyon insan isə ölkənin döyüşlərdən uzaq bölgələrinə köçüb. Qaçqınların sayı (10 milyon nəfər) ölkə əhalisinin demək olar ki, dörddə birini təşkil edir.

Qrande qeyd edib ki, hazırda insanların əvvəlki yaşayış yerlərinə kütləvi şəkildə qayıtması yoxdur. O, müharibə şəraitinin və davam edən çətinliklərin geri dönüşü çətinləşdirəcəyindən narahat olduğunu bildirib. Qaçqınlara evlərinə qayıtdıqdan sonra lazımi köməklik göstərilməsindən danışan Qrande onlara iş tapmağın, eləcə də mənzillərinin təmirinin vacibliyini qeyd edib.

Azpost.info

 

Əvvəlki məqalə

Bakıda iki qardaşın dəm qazından ölməsi ilə bağlı araşdırma aparılır

Sonrakı məqalə

Cəbrayılda günəş stansiyaları tikiləcək