“Müharibə Putinin planına uyğun getmədi” –

blinken

ABŞ dövlət katibi Entoni Blinken əmindir ki, Ukrayna Rusiya ilə müharibədə qalib gəlməyə qadirdir.

Azpost.info xəbər verir ki, Blinken müharibənin Putinin planına uyğun getmədiyini deyib: “Müharibənin nə qədər davam edəcəyini bilmirik. Amma o, Rusiya prezidenti Vladimir Putinin planlaşdırdığı kimi getmədi. Ukrayna xalqının fövqəladə müqavimətini yüksək qiymətləndiririk”.

Blinken bildirib ki, beynəlxalq ictimaiyyət Ukraynaya kömək üçün mümkün olan hər şeyi edir. Eyni zamanda Vladimir Putinin başladığı müharibəni dayandırmaq üçün Rusiyaya güclü təzyiq göstərir.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir