Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Müharibə veteranlarının hüquqi maarifləndirilməsi” mövzusunda layihə həyata keçirilib –

User 29 İyul 2024 - 01:05 (Last updated: 21 May 2025 - 20:15)
mu01

Yevlax rayonunun Bələdiyyə Binasının akt zalında Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən “Müharibə veteranlarının hüquqi maarifləndirilməsi” mövzusunda layihə həyata keçirilib.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təşkilati məsələlər üzrə sədr müavini Vahid Abdurəhmanov, Yevlax Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Vasif İsayev, AVMVİB sədrinin müavini, Nərimanov rayon şöbəsinin sədri Qurban Osmanov, AVMVİB Yevlax rayon şöbəsinin sədri Şahin Məmmədov və Yevlax rayonundan olan Qarabağ müharibəsi veteranları iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini Vahid Abdurəhmanov bildirib ki, icra olunan layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. O, qeyd edib ki, Dövlət tərəfindən həssas sosial qrupların problemlərinin həll olunmasına, onların hüquqlarının reallaşması üçün kompleks təbirlər görülür. Bəzi hallarda müharibə əlilləri və veteranları yaranmış müxtəlif situasiyalarda hansı hüquqi proseduraları reallaşdıracağını bilmir və eyni zamanda müxtəlif müraciət formalarının hazırlanmasında çətinlik çəkirlər. Bütün bu məsəllərdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi müharibə veteranlarına dəstək olmağa hazırdır.

Tədbirdə Yevlax Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Vasif İsayev çıxış edərək layihənin əhəmiyyətindən və rayon icra hakimiyyəti tərəfindən bu sahədə görülən işlərdən danışıb. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədr müavini Vahid Abdurəhmanov iştirakçılara layihə haqqında məlumat verdi. Bildirildi ki, layihənin məqsədi torpaqlarımızın ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı mərdliklə döyüşmüş birinci və ikinci Qarabağ döyüşlərində iştirak etmiş müharibə veteranlarının hüquqi maarifləndiriməsi, onların yerlərdə üzləşdikləri sosial problemlər və onların həlli yollarının araşdırılmasıdır. Məqsədimiz bu layihə çərçivəsində ehtiyacı olan müharibə veteranlarına hüquqi yardımlar göstərmək və onlara dəstək olmaqdır.

AVMVİB sədrinin müavini Qurban Osmanov çıxışında bildirdi: “Bizim üçün birinci, ikinci müharibə anlayışı yoxdur. Döyüşçü döyüşçüdür. Vətənin müdafiəsində dayanaraq öz sağlamlıqlarını itiriblər. AVMVİB-də müharibə iştirakçılarına və şəhid ailələrinə daim diqqət var. Onların müraciətlərinə dərhal cavab verilir. Qarşıya çıxan problemlərin hüquqi yolla həlli üçün təşkilatımız daim veteranlarımızın yanındadır.”

AVMVİB Yevlax rayon şöbəsinin sədri Şahin Məmmədov bu şəraiti yaratdıqlarına görə Azərbaycan Respublikası Qeyri-Hökümət Taşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinə və Yevlax rayon İcra Hakimiyyəti rəhbərliyinə öz minnətdarlığını çatdırdı. Problemlərin həllində İctimai Birlik kimi hər bir veteranın yanında olacaqlarını qeyd etdi. Daha sonra Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini Vahid Abdurəhmanov müharibə əlillərinin və veteranlarının qanunvericilikdə nəzərdə tutulan sosial hüquqları barəsində geniş məlumat verib. O çıxışında bildirdi ki, bu cür tədbirlər Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin yürütdüyü sosial siyasətə dəstək xarakteri daşıyır.

Daha sonra rayonda yaşayan müharibə veteranlarını maraqlandıran məsələlərə aydınlıq gətirildi. Qarşılıqlı diskussiya şəklində keçirilən tədbirdə iştirakçılara sosial siyasət və bu sahə üzrə qanunlar barədə müvafiq təlimatlar verilib və onların sualları cavablandırılıb.

Sonda xatirə şəkli çəkildi.

Post navigation

Previous: Pezeşkian Məhəmməd Rza Arifi birinci vitse-prezident təyin edib
Next: “Böyük Qayıdış prosesində Dayanıqlı İnkişaf Məqsədləri” layihəsinin icrasına başlanılıb –

Oxşar xəbərlər

din kolleg
  • Sosial

Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb

User 29 Oktyabr 2026 - 16:03
kredit
  • Sosial

İpoteka Fondunda ekspertlərlə görüş keçirilib

User 29 Oktyabr 2026 - 14:42
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 29 Oktyabr 2026 - 14:03

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə getməyəcək

User 29 Oktyabr 2026 - 16:12
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanı TDT-nin Zirvə görüşündə təmsil edəcək. “Report”un əldə etdiyi məlumata görə, Azərbaycan...
Read more about Prezident İlham Əliyev Türkiyəyə getməyəcək
Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb din kolleg
  • Sosial

Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb

User 29 Oktyabr 2026 - 16:03
Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir? menzil
  • Baş Yazı

Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir?

User 29 Oktyabr 2026 - 15:43
Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32
İpoteka Fondunda ekspertlərlə görüş keçirilib kredit
  • Sosial

İpoteka Fondunda ekspertlərlə görüş keçirilib

User 29 Oktyabr 2026 - 14:42
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.