Müharibədə yaralanmış zaqatalalı qazinin problemi həll edildi –Ailəyə aylıq müavinət və təqaüd təyin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən müharibəsində yaralanmış Həsənov Nail Hənifə oğlu ilə görüşüb, onun və ailəsinin vəziyyəti ilə maraqlanıblar. Ailə Zaqatalanın Bazar kəndində yaşayır.

Nazirlikdən bildirilib ki, Nailin həyat yoldaşının istəyinə uyğun olaraq o, növbədənkənar özünüməşğulluq proqramına cəlb edildi və yaxın günlərdə proqram çərçivəsində təsərrüfatı yaradılacaq.

Övladı Hənifəyə ötən ay səhiyyə müəssisəsinin göndərişi əsasında sağlamlıq imkanları məhdudluq və bununla əlaqədar ailəyə aylıq müavinət və təqaüd təyin edilib. Ona reabilitasiya vasitəsi də verilib.

Qazimizin özünün də yaxın günlərdə əlilliyi qiymətləndiriləcək, əlillik dərəcəsi təyin edildiyi halda aylıq təqaüd, həmçinin pensiya və ya müavinətlə təminatı həyata keçiriləcək. Nailin ikinci övladı azyaşlıdır. Ailəyə birdəfəlik yardım verilməsi də təmin olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistanda COVİD 19-a yoluxanların sayı 153 825-ə çatıb

Sonrakı məqalə

Sabaha olan hava proqnozu