“Müsəlmanların müqəddəs şəhəri Qüdsün İsrailə verilməsi qəbuledilməzdir”- Ərdoğan

“Qüds müsəlmanların müqəddəs şəhəridir. Qüdsün İsrailə verilmə planı qəbuledilməzdir”.

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, ABŞ tərəfindən hazırlanmış Yaxın Şərq sülh planının sülhə və münaqişənin həllinə xidmət etməyəcəyini qeyd edib.

“Bu, fələstinlilərin haqlarının nəzərə alınmaması və İsrailin işğalını legitimləşdirməkdir”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransı keçirib. Tramp bildirib ki, Qüds İsrail dövlətinin bölünməz paytaxtı olaraq qalacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Cavanşir Quliyev, Şəmistan Əlizamanlı və Miri Yusif mahnılarına müəlliflik hüququ almaq istəyir

Sonrakı məqalə

Şagirdlərin qısnanma hallarına görə 20 nəfər cəzalandırılıb