Müşahidə olunan respirator virusla koronavirusun gedişi oxşardır –NAZİRLİK

Hazırda müşahidə olunan müxtəlif respirator viruslardır.

Bunu APA-ya Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, əhali arasında “Qrip” adlandırılan xəstəliklər kəskin respirator virus infeksiyalarına aiddir:

“Yəni bu qrupa qrip infeksiyası ilə yanaşı onlarla müxtəlif respirator viruslar aiddir. Bunların ümumi cəhətləri oxşar yayılma və klinik təzahürlərdir. Hətta eyni əlamətlər olan iki ayrı-ayrı xəstələrdə müxtəlif infeksiyalar ola bilir. Bunlardan hər hansının olmasını ehtimal etmək belə çox hallarda mümkün deyil, yalnız laborator təsdiqlər törədicini dəqiqləşdirə bilər. Lakin buna əksərən ehtiyac duyulmur, çünki bu xəstəliklər tez müddətdə sağalır və onların əlverişsiz gediş halları çox nadirdir, yalnız qrip infeksiyası istisnadır və risk qruplarının da diqqətdə saxlanması məqsədəuyğundur”.

“Hazırda yeni koronavirus infeksiyasının da gedişi də oxşardır”, – deyə o qeyd edib.

Əvvəlki məqalə

“mygov”da kommunal xidmətlər üzrə abunəçi kodlarının ad dəyişdirilməsi mümkün olacaq

Sonrakı məqalə

“ABŞ İsrailə nəzarət etməsə gecəki hərəkəti yenə təkrarlayacağıq” –