Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Azərbaycan Parlamentinin sədri Sahibə Qafarovaya təbrik məktubu göndərib.
Bu barədə TBMM sədri özünün “Twitter” hesabında yazıb.
M.Şentop 28 May – Azərbaycan Respublikasının yaranmasının 103-cü ili münasibətilə S.Qafarovaya göndərdiyi təbrik məktubunda “Dost və qardaş Azərbaycan xalqını şəxsim və millətim adına ən səmimi duyğularla təbrik edirəm. Azərbaycanın Respublika günü mübarək!” deyə yazdığını da qeyd edib. (APA)