“Mutasiyaya uğrayan koronavirus təhlükə yaratmır” –ÜST

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti koronavirusun zaman keçdikcə mutasiyaya uğraması və getdikcə daha təhlükəli olması barədə yayılan fikirləri əsassız adlandırıb.

Bu barədə “New York Post” xəbər yayıb.

Epidemioloq Maria Van Kerkhov virusun, oxşar xəstəliklər, məsələn, qripdə olduğu kimi, normal həddə dəyişdiyini deyib: “Xəstəliyin daha yoluxucu və ya həyat üçün təhlükəli hala gəldiyinə dair heç bir dəlil yoxdur”.

Bununla yanaşı, mütəxəssis pandemiyanın bitməsinə hələ çox qaldığını bildirib.

Onun fikrincə, virusun yayılması ilə uğurla mübarizə aparmaq üçün ruhdan düşmək və məhdudiyyətləri aradan qaldırmaq olmaz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi

Sonrakı məqalə

Bakıda karantini pozan məktəb direktoruna xəbərdarlıq edildi-