Müxalifət Gürcüstan parlamentinin iclas zalının qapısını qıfıllayıb- FOTO

Gürcüstan parlamentinin plenar iclaslarının keçirildiyi zalın qapısı qıfıllanıb.

“Report”un yerli bürosu xəbər verir, qıfılı qapıya müxalif Vahid Milli Birlik Hərəkatı Partiyasının (VMHP) parlamentdəki fraksiyasının rəhbəri Roman Qotsiridze bağlayıb.

Deputat bildirib ki, bu yolla təmsil etdiyi partiya parlamentin fəaliyyətinə siyasi boykot elan edir.

Onun sözlərinə görə, VMHP-in proporsional sistem üzrə növbədənkənar parlament seçkilərinin keçirilməsi və hökumətin istefası ilə bağlı tələbləri qüvvədə qalır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabiq baş prokurorun dəbdəbəli evi satışa çıxarılıb

Sonrakı məqalə

Novruz Məmmədova yeni vəzifə verildi