Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Məktəblilərə şəhid Vüsal Rüstəmovun döyüş yolundan bəhs edilib

User 06 Oktyabr 2025 - 15:00 (Last updated: 06 Oktyabr 2025 - 16:59)
mek01

Xaçmazda məktəblilərə şəhid polkovnik-leytenant Vüsal Rüstəmovun döyüş yolundan bəhs edilib.

“Regional Medianın İnkişafına Yardım” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Antiterror tədbirləri nəticəsində şəhid olan Vüsal Rüstəmovun xatirəsinə dair tədbirlərin təşkili” layihəsi çərçivəsində Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbdə şəhid polkovnik-leytenant Vüsal Rüstəmovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Görüşdə şagirdlərə qəhrəman zabitin döyüş yolu və həyat hekayəsi barədə geniş məlumat verilib.

Qeyd edilib ki, Vüsal Rüstəmov 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb. Ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərən Vüsal “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhid zabit lokal xarakterli antiterror tədbirləri zamanı Xocalıda döyüş tapşırığını yerinə yetirərkən düşmən atəşindən ağır yaralanaraq şəhidlik zirvəsinə ucalıb. Onun qəhrəmanlığı dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmət ordeni” ilə təltif olunub.

1984-cü il mayın 11-də Xaçmazda anadan olan Vüsal Rüstəmov İsmət Qayıbov adına 3 saylı məktəbdə orta təhsil alıb, daha sonra Heydər Əliyev adına Hərbi İnstitutda zabitlik peşəsinə yiyələnib. Şəhidin Şahin və Səma adlı iki övladı yadigar qalıb.

Tədbirdə çıxış edənlər Vüsal Rüstəmovun həyat və döyüş yolunun məktəblilər üçün əsl qəhrəmanlıq nümunəsi olduğunu vurğulayıblar. Bildirilib ki, Qarabağ iqtisadi rayonunda keçirilən antiterror tədbirləri zamanı 12 nəfər xaçmazlı döyüşçü şəhidlik zirvəsinə ucalıb.

Qeyd edək ki, layihə çərçivəsində Xaçmazın 6 məktəbində bu tipli görüşlərin keçirilməsi planlaşdırılır.

AzPost.az

Post navigation

Previous: Macarıstanın Baş naziri Orban Qəbələyə gəldi
Next: Ermənistanda 44 günlük müharibə ilə bağlı istintaq hesabatı açıqlanmadı –

Oxşar xəbərlər

həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
sebine ombudsman
  • Sosial

Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək

User 29 Oktyabr 2026 - 10:21
dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05

xƏBƏR

ceyhun fidan
  • Siyasət

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib

User 29 Oktyabr 2026 - 12:29
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak...
Read more about Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib
Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi

User 29 Oktyabr 2026 - 11:18
Ceyhun Bayramov Türkiyəyə getdi ceyhun ukr
  • Siyasət

Ceyhun Bayramov Türkiyəyə getdi

User 29 Oktyabr 2026 - 11:09
Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir polis
  • Kriminal

Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir

User 29 Oktyabr 2026 - 10:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.