Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Mənə işıq göstər” layihəsi çərçivəsində təlimlər keçirildi

User 03 İyul 2025 - 07:00 (Last updated: 03 İyul 2025 - 10:45)
la06

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Üçüncü Bahar” Yaşlılara Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Mənə işıq göstər” layihəsinin ilk mərhələsi, Təlimçilər üçün Təlimlər (TOT) Şamaxı rayonunda keçirilib.

Layihə erkən nikahlarla mübarizədə yaşlı nəslin maarifləndirici rolunu gücləndirməyi, onların bilik və təcrübəsini gənclərlə bölüşmək üçün sistemli fəaliyyətə cəlb olunmasını hədəfləyir. Şamaxıda baş tutan təlimdə 9 nəfər yaşlı təlimçi, 2 ekspert (psixoloq və həkim) və layihə heyəti iştirak edib.

Təlim zamanı iştirakçılara erkən nikahların tibbi, psixoloji və sosial fəsadları barədə ətraflı məlumat verilib. Həkim ekspert reproduktiv sağlamlıq, erkən hamiləlik və doğumun qadın və yenidoğulmuş körpələr üçün yaratdığı risklərdən danışıb. Psixoloq isə erkən nikahın emosional nəticələri, şəxsiyyətin inkişafına olan mənfi təsiri ilə bağlı təqdimatla çıxış edib. Təlimdə interaktiv müzakirələr və qrup tapşırıqları ilə yanaşı, iştirakçılara effektiv ünsiyyət və stereotiplərlə işləmək bacarıqları da aşılanıb.

Qeyd edək ki, TOT təlimi layihənin növbəti mərhələsi üçün hazırlıq xarakteri daşıyır. Layihə çərçivəsində Ağdaş, Yevlax, Şamaxı, Ağsu və Bakı şəhərinin Sabunçu və Xəzər rayonlarında qarışıq auditoriyalarla maarifləndirmə görüşləri keçiriləcək. Bu görüşlərdə təlim keçmiş yaşlı nəslin nümayəndələri aktiv çıxış edərək erkən nikahın fəsadları haqqında fikirlərini bölüşəcəklər.

AzPost.az

Post navigation

Previous: Azərbaycan güləşçisi Avropa çempionu oldu
Next: İsrail İranla bağlı Rusiya ilə gizli danışıqlar aparır

Oxşar xəbərlər

meleyke
  • Sosial

Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub

User 19 Noyabr 2026 - 18:25
qadin biznes
  • Sosial

Biznesin qadın siması – artan imkanlar və həllini gözləyən problemlər

User 19 Noyabr 2026 - 17:57
besir
  • Sosial

“QHT işi” üzrə ittiham olunan Bəşir Süleymanlıya hökm oxunub

User 19 Noyabr 2026 - 15:25

xƏBƏR

meleyke
  • Sosial

Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub

User 19 Noyabr 2026 - 18:25
Bakı Dövlət Universitetinə (BDU) rektor təyin edilən Məleykə Abbaszadə kollektivə təqdim olunub. Yeni rektoru kollektivə elm və...
Read more about Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub
Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur surusme badadar
  • Baş Yazı

Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur

User 19 Noyabr 2026 - 18:19
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib ilham aliyev
  • Siyasət

İlham Əliyev Vyetnama rəsmi səfərə gedib

User 19 Noyabr 2026 - 18:16
Biznesin qadın siması – artan imkanlar və həllini gözləyən problemlər qadin biznes
  • Sosial

Biznesin qadın siması – artan imkanlar və həllini gözləyən problemlər

User 19 Noyabr 2026 - 17:57
Putin Ukraynada ələ keçirdiyi ərazilərdən imtinanı rədd etdi putin valday
  • Dünya

Putin Ukraynada ələ keçirdiyi ərazilərdən imtinanı rədd etdi

User 19 Noyabr 2026 - 17:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.