“Nəhayət ki, razılığa gələ bildik”- Lukaşenko Sankt-Peterburqda Putinlə görüşdü

Rusiya prezidenti Vladimir Putin və Belarus lideri Aleksandr Lukaşenko Sankt-Peterburqdakı Rus Muzeyində danışıqlar aparıblar.

Azpost.info xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

“Hökumətlərimiz olduqca gərgin işləyir. Mən bilirəm ki, hökumət rəhbərləri sizə hesabat verdilər. Mixail Vladimiroviç Mişustin mənə təmaslar haqqında ətraflı danışdı və bizim artıq danışacaq bir şeyimiz var”, – Putin deyib.

Belarus lideri qeyd edib ki, dekabrın 26-da onlar geniş müzakirə aparıblar. O, bir çox məsələlərlə bağlı nəhayət ki, razılığa gələ bildiklərini deyib və buna görə Putinə təşəkkür edib.

Xatırladaq ki, dekabrın 26-27-də Sankt-Peterburqda MDB-yə üzv dövlətlərin liderlərinin qeyri-rəsmi sammiti keçirilir. İclasda Belarus, Qazaxıstan, Azərbaycan, Ermənistan, Tacikistan, Türkmənistan və Qırğızıstan nümayəndələri iştirak edirlər.

Azpost.info

Əvvəlki məqalə

“Bundan sonra birgə layihələr olmayacaq, bağlı qapıları döyməyəcəyik!”

Sonrakı məqalə

Sabah hava necə olacaq?