Prezident İlham Əliyev dövlət büdcəsinin tərkibində “Nəqliyyat vasitələrinin utilizasiyası fondu”nun yaradılması haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində “Nəqliyyat vasitələrinin utilizasiyası fondu” yaradılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.
3. Bu Sərəncam 2024-cü il fevralın 1-dən qüvvəyə minir.