Rusiya prezidenti Vladimir Putin deyib ki, onun nəvələri Çin dilində mükəmməl danışır.
Azpost.info xəbər verir ki, o bu barədə Rusiya məktəblərindən birində qatıldığı açıq dərsdə bildirib.
“Ailəmin kiçik üzvləri Çin dilində danışır, özü də səlis danışırlar. Amma bu o demək deyil ki, biz ingilis dilinə olan marağımızı unutmalıyıq. İngilis dili əla dildir”, – Putin qeyd edib.
2019-cu ildə Çin dili ilk dəfə vahid dövlət imtahanında alınan fənlər siyahısına daxil edilib. “Rosobrnadzor”un verdiyi məlumata görə, o zaman Rusiyanın 24 regionunda 168 məktəbdə 17 mindən çox məktəbli bu dili öyrənib. 2021-ci ilə qədər onların sayı 91 minə çatıb.
Son siyahıyaalmaya görə, Rusiyanın 17,6 min sakini Çin dilini öz ana dili hesab edir. 59,2 min nəfər Çin dilində danışır ki, bu da Belarus dili ilə eynidir.
Ötən yay Rusiya prezidentinin elm və təhsil üzrə köməkçisi Andrey Fursenko bildirmişdi ki, Rusiya universitetləri tədricən Çin dilinin öyrənilməsini öz proqramlarına daxil edəcəklər, çünki bu dil elmi sahədə əsas dillərdən birinə çevrilir.
Azpost.info