“Nə qədər müddət Prezident qalacağımı bilmirəm…”-

Russia's President Putin on working trip to Kyrgyzstan

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev konstitusiya ilə müəyyən edilmiş iki müddətdən artıq dövlət başçısı olmayacağını bildirib.

RİA -Novostinin verdiyi xəbərə görə, o, bu barədə “Xabar 24” kanalına müsahibəsində deyib.

“Mən bilmirəm nə qədər müddət Qazaxıstanın Prezidenti olaraq qalacağam, lakin bir məsələdə əminəm ki, bu, hazırkı konstitusiyanın müəyyən etdiyi iki dəfədən artıq müddəti keçməyəcək. Daha doğrusu hansısa qanunun, xüsusilə də konstitusiyanın dəyişdirilməsi baş verməyəcək”, – Prezident vurğulayıb.

Qazaxıstanın dövlət başçısı eks-prezident Nursultan Nazarbayevın imtiyazları ilə bağlı hər hansı sövdələşmə aparılmadığını qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir