Nənə və 16 yaşlı nəvəsi dəm qazından boğuldu

Bakıda iki nəfər dəm qazından boğulub.

Hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivində qeydə alınıb.

Orada yaşayan 1953-cü il təvəllüdlü Əminə Mirzəzadə və nəvəsi 2003-cü il təvəllüdlü Əminə Mirzəzadə evlərinin hamamında dəm qazından boğulublar.

Onların meyitləri yaxınları tərəfindən aşkarlanıb.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (ehtiyatsızlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Cocuq Mərcanlıya sərnişin avtobusları üçün marşrut açıldı –

Sonrakı məqalə

Lənkəranda həkimin evindən 80 min manat oğurlandı