Nəriman Nərimanov 1918-ci ildə bir ayağını itirib? –Sovet ensklopediyasında qəribə məlumat (FOTO)

REAL Partiyasının sədri İlqar Məmmədov sovet Azərbaycanın rəhbəri olmuş Nəriman Nərimanov barədə maraqlı bir məlumatı paylaşıb.

Azpost.info -nun məlumatına görə, İ.Məmmədov  ötən əsrin əvvələrində çap olunmuş sovet ensklopediyasında N.Nərimanovla bağlı qəribə faktın qeyd olunduğunu bildirib.

1920-ci illərdə Nəriman Nərimanov SSRİ-də hazırlanan  ensiklopediya üçün digər dövlət xadimləri kimi özü barədə geniş məqalə təqdim edib. Kitab nəşr olunanda N. Nərimanov artıq həyatda deyildi: “Mən bu nadir kitabı 2 saylı Cəzaçəkmə Müəssisəsinin kitabxanasında gördüm. Orada yazılımışdı ki, Nərimanov ağır xəstəlik nəticəsində 1918-ci ildə bir ayağını itirib. Bu haqda heç bir yerdə oxumamışam və eşitməmişəm. Ona görə azadlığa çıxandan sonra internetdə axtarışlar etdim, amma heç bir kitabda bu haqda məlumat tapmadım”.

İ.Məmmədov həmin kitabdakı səhifənin fotosunu da təqdim edib. Orada yazılır: “1918-ci ildə ağır və gərgin iş nəticəsində Nərimanov bir ayağını itirir. Həkimlərin məsləhəti ilə Həştərxandakı müalicəvi palçığa göndərilir.”

Məlumat “Энциклопедический словарь Русского Библиографического Института Гранат. Том 41, часть II” adlı kitab 5100 tirajla çap olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DİM onlayn imtahanların ilk sınağını keçirib

Sonrakı məqalə

Azərbaycanda daha 379 nəfər koronavirusa yoluxub –