“Nərminin qətli ilə bağlı sensasiya naminə məlumatlar yayırlar” –Baş Prokurorluq müraciət etdi

“Tovuz rayonunda azyaşlının qəsdən öldürülməsi faktı üzrə həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri barədə yanvarın 7-də Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən ictimaiyyətə ətraflı məlumat verilməsinə baxmayaraq, bəzi kütləvi informasiya vasitələri, sosial şəbəkə istifadəçiləri, eləcə də ayrı-ayrı şəxslər tərəfindən dəqiqləşdirmə aparılmadan sensasiya naminə reallığı əks etdirməyən məlumatların yayılmasını davam etdirirlər”.

Bunu Baş Prokurorluğun mətbuar xidmətinin rəhbəri Eldar Sultanov özünün “Facebook” səhifəsində bildirib.

“İnsanların heysiyyatına toxunan, uşaqların psixologiyasına mənfi təsir edə biləcək bu kimi halların təkrarlanmaması və həqiqətə uyğun olmayan məlumatların yayılmaması məqsədilə həmin məlumatı dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünün Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməsini xahiş edirəm”, – deyə E. Sultanov qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Putin və Ərdoğan Liviyada atəşkəslə bağlı tərəflərə çağırış ediblər

Sonrakı məqalə

Azərbaycan müdafiə nazirinin müavini İran səfirliyində-