Nərminin qatili uşağı necə öldürdüyünü deyib –Ali təhsilli, 3 dil bilən İlkin nə üçün bu dəhşətli cinayətə əl atıb? (FOTO)

Tovuz rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları istintaq eksperimenti aparıblar. 10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinərək saxlanılan 47 yaşlı İlkin Süleymanovun qurbanını necə öldürdüyünü ətraflı formada göstərib.
Azpost.info bildirir ki, bu barədə Oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Xatırladaq ki, İ.Süleymanov yanvarın 8-də saxlanılıb. İlk öncə bildirilib ki, öldürülən Nərminin alovlu bədənini ilk görən o olub. Yanvarın 10-da o, törətdiyi əməli etiraf edib.
Məlum olub ki, İ.Süleymanov subaydır, ali təhsili var, üç dildə (Azərbaycan, rus və ingilis) danışır. Rusiyada oxuyub, işləyib, amma son illərdə valideynləri ilə yaşayıb. Süleymanovların evi Nərminin atası Şərif Quliyevə aid olan sahədən 500 metr məsafədə yerləşir.
Bildirilir ki, bütün bu müddət ərzində oğru qızı kənddəki ailəsinə məxsus böyük bir evdə gizləyib, amma orada heç kim yaşamır. Faktla bağlı istintaq davam edir.

 

Unikal.org Nərmini öldürən İlkin Süleymanovun kimliyini araşdırıb. 

Məlum olub ki, İlkin Süleymanov M.V. Lomonosov adına Moskva Dövlət Universitetini (MDU) bitirib və Rusiya paytaxtında çalışıb. Bir neçə il sonra Bakıya qayıdaraq burada özəl sektorda çalışıb.

Süleymanov 10 ilə yaxın imiş özünə qapandığı üçün valideyinlərinin yanında Tovuzda Dondar Quşçu kəndində yaşayıb. Bir bacı və qardaşı var. Atası uzun illər kənddə fizika müəllimi işləyib.

Kənddə hörməti olan şəxs olub və hazırda yataq xəstəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nərminin qətlində şübhəli bilinən şəxs həbs olundu –

Sonrakı məqalə

“ANS-ÇM”-in tezliyi üçün elan olunan müsabiqə ləğv olundu –