Nəvəsini məktəbə mühafizəçi ilə göndərən vəzifəli şəxsin kimliyiMƏLUM OLDU

Bakıda dərsdə mühafizəçi ilə oturan məmur nəvəsinin kimliyi məlum olub.

Sözügedən məktəbli qız Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun ikinci sinfdə təhsil alan nəvəsidir.

O, hazırda təhsil aldığı 134 saylı məktəbə mühafizəçi ilə gedib-gəlir. Azyaşlı şagirdin bu hərəkəti məktəbdə təhsil alan digər şagirdlərin ciddi narahatlığına səbəb olub. Məzahir Pənahovun nəvəsi olan şagirdin bundan öncə isə 6 saylı məktəbdən intizamsızlığına görə çıxarıldığı deyilir.

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli övladının təhsil aldığı orta məktəbdə şagirdlərdən birinin dərslərə mühafizəçi ilə girdiyini, həmin şagirdin hansısa məmurun nəvəsi olduğunu yazmışdı. Amma məktəbin nömrəsini və məmurun adını qeyd etməmişdi. Daha sonra isə yazdığı statusu silmişdi(demokrat.az).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda Milli Hematologiya və Transfuziologiya Mərkəzi yaradılır

Sonrakı məqalə

Prezident İlham Əliyev Azərbaycan TV-lərinə müsahibə verdi