“Namizədlik vəsiqəsi deputat mandatı deyil”- Fuad Abbasov deputat olmaq istəyənlərə SƏSLƏNDİ

“İlk namizədlik vəsiqəsini alan adamlardan biriyəm. Amma bunu heç bir yerdə reklam etmirəm. Namizədlik vəsiqəsini almaq millət vəkili olmaq demək deyil”.

BunuModern.az-a deputatlığa namizədliyinin qeydə alındığını təsdiq edərkən tanınmış jurnalist, bloger Fuad Abbasov deyib:

“Mən jurnalist Fuad Abbasov parlamentə növbədənkənar seçkilərin elan edilməsini ilk olaraq öz sosial şəbəkəmdə yayımlayan bloger olaraq, heç kimin namizədliyini haradan verməsini gözləmədən, kimin güclü, kimin zəif olmasına diqqət etmədən, öz yaşadığım Əhmədli qəsəbəsindən, Xətai 33 saylı birinci seçki dairəsindən hüquqi müraciət edən ilk namizədlərdənəm”.

Jurnalist onu da bildirib ki, vəsiqəni alan bəziləri bunu sosial şəbəkədə çox böyük bir şərəf, nailiyyət, qələbə kimi paylaşırlar:

Mən bunu nə qələbə, nə də nailiyyət sayıram. Ona görə də, mən qalxıb, heç yerdə demirəm ki, namizədliyim qeydə alınıb, vəsiqəmi almışam”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Abşeron Gənclər Şəhərciyində yanğın söndürülüb

Sonrakı məqalə

MSK ödənişli təşviqat aparacaq KİV-lərin sayını