Milli Məclisin deputatı, parlamentin Regional məsələlər komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının Fəttah Heydərov növbədənkənar parlament seçkilərində namizəd olacağını istisna etməyib.
Azpost.info etikxeber.az-a istinadən bildirir ki, deputat növbədənkənar parlament seçkilərində yenidən iştirak edib-etməyəcəyi məsələsinə münasibətini bildirərkən “hələlik yorulmamışıq” deyib. Bununla yanaşı F.Heydərov bu məsələdə tələsməyə luzum görməyib: “Tələsik fikir söyləməyə də ehtiyac yoxdur”.
Qeyd edək ki, F. Heydərov 1995-ci ildən bu yana 5 çağırışdır MM-də təmsil olunur. O, parlamentdə Qəbələ rayonunu təmsil edir.