“Namizədliyimlə bağlı tələsik fikir söyləməyə ehtiyac yoxdur” –Fəttah Heydərov

Milli Məclisin deputatı, parlamentin Regional məsələlər komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının Fəttah Heydərov növbədənkənar parlament seçkilərində namizəd olacağını istisna etməyib.

 Azpost.info etikxeber.az-a istinadən bildirir ki, deputat növbədənkənar parlament seçkilərində yenidən iştirak edib-etməyəcəyi məsələsinə münasibətini bildirərkən  “hələlik yorulmamışıq” deyib. Bununla yanaşı F.Heydərov bu məsələdə tələsməyə luzum  görməyib: “Tələsik fikir söyləməyə də ehtiyac yoxdur”.

Qeyd edək ki, F. Heydərov 1995-ci ildən bu yana 5 çağırışdır MM-də təmsil olunur. O, parlamentdə Qəbələ rayonunu təmsil edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Polis Zərdabın axundunun sərxoş oğlunu saxlayıb

Sonrakı məqalə

Honkonqda yenidən aksiyalar başlayıb –