Narkoloji Mərkəzdə intihar –

Xəstə özünü asdı
17 Fevral 2020 - 10:52

Bakıda intihar hadisəsi baş verib.

Hadisə Respublika Narkoloji Mərkəzində qeydə alınıb. Orada müalicə alan, Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Şahverdiyev Seymur Şahverdi oğlu otaqda özünü asıb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.