“Narkoman deyiləm…” –İlon Mask təkzib etdi

“Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask narkotikdən istifadə etməsi ilə bağlı məlumatları təkzib edib.

Azpost.info bildirir ki, o bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Roqanla bircə dəfə “tüstü” aldıqdan sonra mən NASA-nın xahişi ilə 3 il təsadüfi narkotik testi keçirməyə razılaşdım. “Heç bir narkotik və ya spirt  izləri tapılmadı” deyə iş adamı yazıb.

Yanvarın 7-də The Wall Street Journal yazıb ki, Tesla və SpaceX -in Direktorlar Şurası  hesab edir ki, Mask narkotik vasitələrdən istifadə edir. Onlar bunun şirkətin aktivlərinin taleyinə təsir edə biləcəyindən ehtiyat edirlər.

Biznesmenin qadağan olunmuş maddələrə mümkün aludəçiliyi SpaceX ilə çoxmilyonluq dövlət müqavilələrinin bağlanmasını təhlükə altına qoya bilər. İş adamının vəkili Aleks Spiro bildirib ki, Mask mütəmadi olaraq narkotik testindən keçir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.