Narkoman qadının məhkəməsi başlanıb –Həm də narkotik satırmış

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Ruhiyyə Tağıyevanın barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Təqsirləndirilən şəxs barəsində cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Mahmud Ağalarovun icraatına verilib.

Qeyd edək ki, Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs saxlanılıb.

Daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində paytaxt sakini Ruhiyyə Tağıyeva tutulub.

Onun üzərinə baxış keçirilən zaman güclü psixotrop təsirə malik 82,189 qram metamfetamin aşkar olunaraq götürülüb. R.Tağıyeva ifadəsində narkotik vasitələri istifadə etməklə yanaşı satışı ilə də məşğul olduğunu etiraf edib. (APA)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi

Sonrakı məqalə

Bakı metrosunda qatarda nasazlıq yaranıb