Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası “Gənclərin seçimi: Narkomaniyasız dünya” adlı layihənin icrasını davam etdirir.
Layihənin ikinci görüşü Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında baş tutmuşdur. Tədbiri açıq elan edən təşkilatın sədri Elçin Çobanzadə qonaqları salamlayaraq tədbirin mahiyyəti haqqında məlumat vermişdir.
Tədbirin moderatoru, tanınmış bloger Samir Ramazanov tələbələrə qonaqları təqdim etmişdir. Daha sonra El-1 İdman Liqasının peşəkar döyüşçüsü Rəsul Rəhimov liqanın gördüyü işlər barədə danışmışdır.
Qurtuluş Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov isə narkomaniyanın cəmiyyətdə yaratdığı fəsadlar və zərərlər barədə ətraflı çıxış etmişdir. Tədbirdə iştirak edən digər qonaqlar da bu mövzuda öz fikirlərini bölüşmüşlər. Sonda belə tədbirlərin davamlı olaraq keçirilməsinin əhəmiyyəti vurğulanmış və tədbir iştirakçıları ilə xatirə fotosu çəkilmişdir.