Nasazlıq nəticəsində metronun “Nizami-Dərnəgül” sahəsində interval pozulub

Metro
Metro

Bakı metropoliteninin “Nizami” stansiyasında texniki nasazlıq səbəbilə sərnişinlər düşürülməklə qatar “Nərimanov” elektrik deposuna göndərilib.

Baki metropolitenindən verilən məlumata görə, nəticədə, bu, “Nizami-Dərnəgül” sahəsində iki qatar arasında interval pozulmasına səbəb olub. Digər sahələrdə qatarlar arasında normal interval fərqi təmin edilib.

Məlumata görə, xəttə dərhal ehtiyat qatar buraxılıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.