NATO baş katibi Putinlə görüşməyə hazır olduğunu deyib

NATO baş katibi Yens Stoltenberq Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib.

APA-nın xəbərinə görə, NATO baş katibi bu barədə “DPA” agentliyinə müsahibəsində deyib.

“Mən Rusiya ilə dialoqa inanıram. Əgər şərtlər uyğun olarsa, əlbəttə ki, Putinlə görüşməyə hazıram. Mən görüşməməkdənsə görüşməyin, oturub dialoq aparmağın daha yaxşı olduğuna inanıram. Xüsusən də işlər çətinləşəndə eyni masa arxasında oturmaq vacibdir. Rusiya bizim ən böyük qonşumuzdur, Rusiya həmişə buradadır və bu ölkə ilə daha yaxşı münasibətlər qurmağa çalışmalıyıq”, – deyə Y. Stoltenberq vurğulayıb.

NATO-nun Rusiya və Çinlə bağlı yanaşmaları barədə sualı cavablandıran Y. Stoltenberq deyib ki, Çin və Rusiya çox fərqlidir və NATO daha çox Çinin yüksəlişinin yaratdığı problemlərə diqqət çəkir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident Adminstrasiyasının rəhbəri səs verib

Sonrakı məqalə

“Keşikçidağ məsələsi strateji tərəfdaşlıq çərçivəsində həll ediləcək” –