NATO baş katibi Türkiyəyə səfər edəcək

08 Oktyabr 2019 - 19:51

NATO baş katibi Yens Stoltenberq oktyabrın 11-də Türkiyəyə səfər edəcək.

TASS-ın verdiyi məlumata görə, bu barədə Alyansın mətbuat xidməti məlumat yayıb.NATO baş katibi İstanbulda Türkiyənin yüksək vəzifəli şəxsləri ilə görüşəcək.

Məlumatda Y. Stoltenberq oktyabrın 9-da İtaliyaya, oktyabrın 10-da Yunanıstana səfər edəcək. (APA)