NATO ilə birbaşa hərbi toqquşma ehtimalı çox böyükdür.
Azpost.info xəbər verir ki, bunu Belarusun müdafiə naziri Viktor Xrenin Moskva Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, Qərb ölkələri hazırda fəal şəkildə hərbi əməliyyatlara hazırlaşır, pul yatırır və ordu hazırlayır.
“Qərbdə intensiv hərbi hazırlıq gedir, buna külli miqdarda vəsait yatırılır. Başa düşmək lazımdır ki, kapitalist dünyasında heç kim boş yerə öz var-dövlətini dondurub silaha çevirməz. Ona görə də birmənalı nəticə çıxarmaq olar: gələcəkdə NATO ilə birbaşa hərbi toqquşma ehtimalı çox aşkar görünür”, – Xrenin bildirib.
Onun fikrincə, indi genişmiqyaslı müharibənin başlamasından yalnız nüvə silahının olması xilas edir: “Buna görə də hakimiyyət taktiki nüvə silahlarının ölkəyə qaytarılması imkanını nəzərdən keçirir”.
Azpost.info
