NATO İraqda yerli ordu üçün kadr hazırlığı üzrə missiyasının işini dayandırıb.
“Report” xəbər verir ki, NATO-nun mətbuat xidməti TASS-a açıqlamasında ABŞ-ın hava hücumlarından sonra artan qeyri-sabitliyi səbəb göstərib.
“NATO-nun İraqdakı təlim missiyasının işi dayandırılıb”, – deyə mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, NATO-nun İraqda yerli orduya təlim keçmək üçün qeyri-döyüş missiyası 2018-ci ilin oktyabrında Bağdadda başlayıb. Hazırda NATO-nun İraqdakı missiyasında alyans ölkələri və tərəfdaş ölkələrdən, o cümlədən İsveç və Finlandiyadan 500-dək təlimatçı və məsləhətçi var.