NATO İraqdakı təlim missiyasını dayandırıb- SƏBƏB

NATO İraqda yerli ordu üçün kadr hazırlığı üzrə missiyasının işini dayandırıb.

“Report” xəbər verir ki, NATO-nun mətbuat xidməti TASS-a açıqlamasında ABŞ-ın hava hücumlarından sonra artan qeyri-sabitliyi səbəb göstərib.

“NATO-nun İraqdakı təlim missiyasının işi dayandırılıb”, – deyə mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, NATO-nun İraqda yerli orduya təlim keçmək üçün qeyri-döyüş missiyası 2018-ci ilin oktyabrında Bağdadda başlayıb. Hazırda NATO-nun İraqdakı missiyasında alyans ölkələri və tərəfdaş ölkələrdən, o cümlədən İsveç və Finlandiyadan 500-dək təlimatçı və məsləhətçi var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Elmar Məmmədyarov Cavad Zərifə zəng edib

Sonrakı məqalə

Bağdadda ABŞ səfirliyi yerləşən əraziyə 2 raket zərbəsi endirilib