“Rusiya ABŞ və NATO-nun hərbi infrastrukturunun Mərkəzi Asiyada yerləşdirilməsini qəbuledilməz hesab edir”.
Azpost.info bildirir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Biz ABŞ və NATO-nun hər hansı hərbi infrastrukturunun və ya onlara xidmət edən əfqanlarla qonşu dövlətlərin ərazisində, ilk növbədə Mərkəzi Asiyada yerləşdirilməsini qəbuledilməz hesab edirik”, – Lavrov plenar iclasda deyib.
Onun sözlərinə görə, bu cür planlar region ölkələrinin təhlükəsizlik maraqlarına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnamə sənədlərindən irəli gələn öhdəliklərə ziddir.
Azpost.info