NATO-nun Ukrayna ilə bağlı fövqəladə iclası keçiriləcək
Bu gün NATO-nun fövqəladə iclası keçiriləcək.
Bu barədə NATO Baş katibinin mətbuat katibi Oana Luncesku bildirib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynaya əsassız hücumu ilə bağlı Şimali Atlantika Şurasının fövqəladə iclası keçiriləcək.
İclasdan sonra NATO Baş katibi Yens Stoltenberq brifinq keçirəcək.
