NATO nüvə silahını hazır vəziyyətə gətirməyəcək

nato bas katib

“Rusiyanın təhdidlərinə baxmayaraq, NATO nüvə silahı ilə bağlı xəbərdarlıq səviyyəsini dəyişməyə ehtiyac duymur”.

Bu barədə NATO Baş katibi Yens Stoltenberq “Assoşeyted Press”ə açıqlamasında deyib.

“Biz həmişə müttəfiqlərimizi qorumaq və müdafiə etmək üçün lazım olanı edəcəyik, lakin hesab edirik ki, hazırda NATO-nun nüvə qüvvələrinin hazırlıq səviyyəsini dəyişdirməyə ehtiyac yoxdur”, – Stoltenberq bildirib.

Stoltenberq Rusiyanın bir sıra sazişlər imzaladığını vurğulayaraq, nüvə müharibəsinin aparılmamasına razılaşdığını xatırladıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir