NATO ölkələri niyə Rusiya ilə müharibə xəbərdarlığı edir?- Estoniyalı general açıqladı

“Rusiyanın döyüş sursatı istehsal etmək və ordunu hərbi personalla doldurmaq imkanlarına dair yeni kəşfiyyat məlumatları NATO-nu onunla müharibə ehtimalına yenidən baxmağa məcbur edib”.

Azpost.info xəbər verir ki, bunu Estoniya Müdafiə Qüvvələrinin Baş komandanı, general Martin Herem bildirib.

Onun fikrincə, NATO ölkələrinin hərbi rəhbərlərinin Rusiya ilə birbaşa toqquşmaya hazırlaşmaq zərurəti ilə bağlı bəyanatları həm də bununla bağlıdır.

Herem qeyd edib ki, Rusiyanın ehtiyatlarının tükənməsi ilə bağlı proqnozlar əsassız olub. Belə ki, əvvəllər NATO Rusiyanın imkanlarının ildə 1 milyon mərmi ilə məhdudlaşdığına inanırdı. Halbuki Rusiyanın hərbi-sənaye kompleksinin səfərbər olması onun ildə bir neçə milyon artilleriya mərmisi istehsal edə bilməsi deməkdir.

“Çoxları Rusiyanın daha çox istehsal edə bilməyəcəyinı inanırdı, amma bu gün faktlar bunun əksini deyir. Onlar daha çox sursat istehsal edə bilərlər. Bu, Avropadan qat-qat artıqdır. Bundan başqa, Rusiya yüz minlərlə insanı orduya cəlb edə bilər, – Herem deyib.

Azpost.info

Əvvəlki məqalə

AŞPA Azərbaycana lazımdırmı?

Sonrakı məqalə

Kərim Vəliyev hərbi hissələrdə hazırlığı yoxladı, tapşırıqlar verdi