NATO üzvü olan ölkələr Ukraynaya daha çox hərbi yardım göstərməlidir.
Azpost.info xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
“Ukraynanın indi daha çox hərbi dəstəyə ehtiyacı var. Müharibəyə son qoymağın ən sürətli yolu Ukraynaya daha çox silah verməkdir”, – Baş katob bildirib.
O, müttəfiq ölkələrini Kiyevə dəstəyi davam etdirməyə çağırıb.
Stoltenberq bəyan edib ki, Ukraynanın özünümüdafiə hüququ var və bu hüquq Rusiya ilə sərhəddə bitmir.
Azpost.info