NATO ölkələrinin Müdafiə nazirlərinin sammiti başa çatdı –"Türkiyəni itirə bilmərik"

NATO üzvü olan 29 ölkənin Müdafiə nazirlərinin Belçikanın paytaxtı brüsseldə keçirilən 2 günlük sammiti başa çatıb.

Zirvədən sonra jurnalistlərin suallarını cavablandıran baş katib Yens Stoltenberq Türkiyənin Suriyadakı əməliyyatlarının müzakirə olunduğunu bildirib: “NATO üzvləri arasında bu mövzuya dair fikir ayrılığı var. Lakin alyans bölgə üçün həll yolu axtaracaq. Almaniya təhlükəsiz bölgə üçün beynəlxalq dəstək təklifini irəli sürdü və bu, müsbət qarşılandı”.

Suriya əməliyyatlarına qarşı reaksiya göstərilsə də, NATO Türkiyəyə hərbi dəstəyi davam etdirəcək.

“Röyters”ə açıqlama verən NATO diplomatlarından biri “NATO-da işlərin daha da pisləşməməsi üçün ortaq mübarizə var. Türkiyə ABŞ prezidenti Donald Trampdan sonra ittifaq üzərində yeni təzyiq yaradıb. Lakin Türkiyə itirilməyəcək qədər əhəmiyyətli ölkədir” sözlərini deyib. (Publika.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rəsmi dövlət qəzeti bankları “topa tutdu”:

Sonrakı məqalə

Gəncədə yaşayış binasında yanğınla nəticələnən partlayış baş verib