NATO Rusiyanı Ukrayna sərhədlərindən geri çəkilməyə çağırdı

“Ukraynaya qarşı istənilən aqressiyanın ən ağır iqtisadi və siyasi bədəli olacaq”.

Bunu NATO Baş katibi Yens Stoltenberq Ukraynanın Avropa və Avro-Atlantikaya inteqrasiya məsələləri üzrə müavini Olqa Stefanişina ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Rusiyanın Ukrayna ətrafında hərbi birləşmlərinin və texnikasının toplandığını bildirən Yens Stoltenberq deyib ki, bir neçə gün öncə NATO XİN başçılarının görüşündə də NATO müttəfiqləri Rusiyanı eskalasiyadan çəkinməyə və hərbi birləşmələrini Ukrayna sərhədlərindən geri çəkməyə çağırıb.

“Ukrayna NATO-nun uzunmüddətli və eyni zamanda çox dəyərli tərəfdaşıdır”, o vurğulayıb.

Bu həftə Rusiya – NATO Şurasının iclasının keçiriləcəyini xatırladan Baş katib Yens Stoltenberq bunu müsbət siqnal kimi qiymətləndirdiyini deyib.

“Biz Rusiyanın narahatlıqlarına qulaq asacağıq, lakin mənalı dialoq üçün Rusiya da bizim narahtlıqlarımızı dinləmli və anlamalıdır və Şuranın iclasında da bu ifadə olunacaq”.

NATO Baş katibi münaqişələrin həllinin siyasi yolunun olduğuna əmin olmaq üçün dialoqun vacib olduğunu vurğulayıb: “Mənim daha əvvəl də Rusiya rəsmiləri ilə müzakirələrim olub, Norveçin Baş naziri kimi. Güzəşt mümükündür, biz siyasi həll üçün çalışırıq. NATO-Rusiya Şurası dialoq üçün vacib platformadır. Biz bu həftə ərzində keçiriləcək iclasda bütün məsələlərin həll olunacağını gözləmirik lakin inanırıq ki dialoq prosesinin davam etdirilmısi üçün proses üçün və Avropada yeni bir müharibənin meydana çıxmamasıü üçün davamlı əlaqədə olmağa razıalşa biləcəyik.

Lakin eyni zamanda biz digər ssenarilərə də, qarşıdurmaya da hazır olmalıyıq. Biz həmrəyik və hər hansı təcavüzə qarşı sərt siyasi, iqtisadi reaksiya verəcəyik. Biz Ukraynanın öz müdafiə qabiliyyətini gücləndirməsi üçün dəstəkləyirik və bu davam edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Azərbaycanda Türkiyənin TRT-1 telekanılının yerüstü yayımı dayandırılıb

Sonrakı məqalə

Əbdürrəhman Vəzirovun cənazəsi Azərbaycana gətirilməyəcək