NATO sursatların alınması üçün milyardlıq müqavilə imzalayıb

Ukraynadakı müharibə fonunda NATO Almaniya və Fransa istehsalçıları ilə 1,1 milyard avro dəyərində sursat tədarükü üzrə müqavilə imzalayıb.

Azpost.info xəbər verir ki, bu barədə bu gün NATO Baş katibi Yens Stoltenberq bildirib.

Onun sözlərinə görə, Almaniyanın “Junghans Microtec” silah şirkəti və Fransanın “Nexter Munitions” şirkəti NATO standartı 155 millimetr çaplı mərmilər tədarük edəcək.

Bu çaplı mərmilər xüsusən də Fransanın “Sezar” haubitsaları və Almaniyanın PhZ 2000 özüyeriyən artilleriya qurğuları tərəfindən istifadə olunur.

Stoltenberq qeyd edib ki, sursat həm Ukraynaya göndərilmək, həm də NATO ölkələrinin boş arsenallarını doldurmaq üçün lazımdır.

İstehsalçılarla müqavilə NATO-nun Dəstək və Satınalma Agentliyi tərəfindən imzalanıb. Hər iki şirkət təxminən 220 min mərmi istehsal etməlidir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.