NATO təyyarələri Ukraynaya görə havaya qalxıb

Ukraynada hava hücumu xəbərdarlığı elan edildikdən sonra Polşa və NATO təyyarələri havaya qalxıb.

Azpost.info xəbər verir ki, bu barədə “İnterfaks” Polşa Silahlı Qüvvələrinin operativ komandanlığına istinadən yazıb.

Polşa hərbçiləri Ukrayna ərazisində hədəflərə hücumlarla əlaqədar Rusiya uzaqmənzilli aviasiyasının fəallığının artdığını qeyd ediblər.

Qurum hava məkanının təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi prosedurların həyata keçirildiyini bildirib. Vəziyyətə Polşa Silahlı Qüvvələrinin operativ komandanlığı nəzarət edir.

Azpost.info

Əvvəlki məqalə

DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yayıb

Sonrakı məqalə

TÜRK PA seçkilərin beynəlxalq standartlara uyğun keçirildiyini təsbit edib