“NATO Ukraynada hava məkanını bağlamayacaq” –Almaniya XİN başçısı

“NATO Ukrayna üzərində hava məkanını bağlamayacaq. Ona görə ki, avropalıların həyatına görə məsuliyyət daşıyır”.

Azpost.info bildirir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok ARD telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, hava məkanının bağlanması Rusiya ilə münaqişəyə daxil olmaq deməkdir, bu isə milyonlarla avropalının həyatını təhlükə altına qoyacaq: “Bu o deməkdir ki, NATO təyyarələri rus təyyarələrini vuracaq. Bu, NATO-nun münaqişədə birbaşa iştirakı demək olacaq”. 

Bundan əvvəl prezident Zelenski ABŞ-ın 200 konqresmeni ilə onlayn görüşündə onlardan Ukrayna üzərində hava məkanının bağlanmasına yardım etmələrini xahiş edib.

Azpost.info

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ Rusiya neftinin idxalını qadağan edən qanun hazırlayır –

Sonrakı məqalə

Ukraynada Rusiyanın məşhur teleaparıcısı barədə həbs qərar çıxarılıb