“NATO Baş katibi Yens Stoltenberq ABŞ-ın Ukraynaya əlavə vəsait ayırmasına nail olmaq üçün Tayvan problemini şişirtməyə çalışır. Bütün bu cəhdlər mənasızdır, çünki o, nə qədər xəyali “Çin təhlükəsi”nə diqqət yetirsə də, ABŞ-ın Kiyevi dəstəkləməkdən yaranan yorğunluğunu azalda bilməyəcək”.
Azpost.info xəbər verir ki, bunu “Global Times” yazıb.
Nəşr qeyd edir ki, Stoltenberq diqqəti Çin təhlükəsi üzərində cəmləmək və ABŞ-ı Ukraynaya dəstəyi davam etdirməyə inandırmaq üçün Ukraynanı Tayvan problemi ilə əlaqələndirməyə çalışır.
“Çinli analitiklər Kiyevə yardımı bütün dünyada qarşıdurmanı qızışdırmaq üsulu kimi tənqid edirlər. Ukraynaya dəstəkdən narahatlıq təkcə ABŞ-da deyil, Qərb ölkələrində də artır. Çoxları bunun dövlət büdcələrinə baha başa gələcəyindən qorxur”, – nəşr qeyd edir.
Azpost.info