NATO Ukraynaya nə vaxta qədər silah verəcək?

NATO müttəfiqləri Rusiya təcavüzündən müdafiə üçün Ukraynaya lazım olduğu qədər silah tədarük edəcək.

Azpost.info xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq bu gün Brüsseldə keçirilən mətbuat konfransında bildirib. “Biz lazım olduğu müddət ərzində Ukraynaya silah tədarükünü davam etdirməliyik. Bu, son dərəcə vacibdir. Çünki Ukrayna azadlıq, demokratiya, ümumi dəyərlərimiz uğrunda müharibə aparır”, – Stoltenberq deyib. Baş katib xatırladıb ki, alyans uzun illər, hətta işğaldan əvvəl də Ukraynaya dəstək verib: “İşğaldan sonra müttəfiqlər Ukraynaya silah, humanitar və maliyyə yardımı edərək daha çox dəstək verdilər. Ötən həftə baş tutan NATO sammitində də Ukraynaya dəstəyi davam etdirmək üçün ciddi öhdəlik qoyuldu”.

Stoltenberq hesab edir ki, Ukrayna ordusu əvvəlkindən daha güclü və daha hazırlıqlıdır: “NATO müttəfiqləri uzun illərdir ki, Ukrayna Silahlı Qüvvələrini müasir texnika, müxtəlif növ silahlarla təmin edir. Həmçinin Ukrayna ordusunun modernləşdirilməsinə dəstək verir. Bu, onun əvvəlkindən daha güclü və daha hazırlıqlı olmasına kömək edib. Amma, əlbəttə ki, hər şeydən əvvəl, bu, Rusiya qüvvələrinə tab gətirə bilən ukraynalı əsgərlərin cəsarətidir. Bu cəsarət bütün dünyaya ilham verdi”.

Azpost.info

Əvvəlki məqalə

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Sonrakı məqalə

Avropa ölkələri Rusiya qazını rublla almaqdan imtina edib