NATO xarici işlər nazirləri Qazaxıstandakı vəziyyəti müzakirə edib

07 Yanvar 2022 - 21:03

NATO xarici İşlər Nazirləri Qazaxıstandakı vəziyyəti müzakirə ediblər.

Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

“NATO xarici işlər nazirləri Qazaxıstanda zorakılığın dayandırılmasını və vətəndaşların dinc etiraz hüququna hörmət edilməsini vacib hesab ediblər”, – deyə baş katib vurğulayıb.