“NATO-ya üzvlüklə bağlı cavab eşitmədik” –

zelenski herbi

“Avropa İttifaqı liderlərini Ukrayna ilə yanaşı durmağa və təcavüzkarı dayandırmağa çağırıram”.

Azpost.info xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski bu barədə “Telegram” kanalında yazıb. O, Avropanın taleyinin Ukraynada həll olunduğunu, indi layiqli cavabını almasa, Putinin yoluna davam edəcəyini vurğulayıb.

Zelenski Avropa İttifaqı liderlərindən hansı dəstəyi gözlədiyini açıqlayıb: “Təcavüzkara qarşı dərhal güclü iqtisadi və maliyyə sanksiyaları qəbul edilməlidir. SWIFT-lə əlaqəni kəsin, neft və qaz ticarətinə embarqo tətbiq edin, orduya silah-sursatla kömək edin və BMT-nin sülhməramlı əməliyyatını dəstəkləyin. Xalqımız Ukraynanın və Avropanın azadlığı üçün can verir. Biz uzun müddət qapıda gözlədik. NATO-ya üzvlüklə bağlı sual verdik, cavab eşitmədik”.

Zelenski bildirib ki, hazırda Ukraynanın beynəlxalq hüquqi təhlükəsizlik təminatlarına, aydın Avropa perspektivinə, sürətli və konkret addımlara ehtiyacı var.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir