Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Naxçıvan Ali Məclisi 2024-cü il büdcəsinə dəyişikliyi təsdiqləyib

User 16 Avqust 2024 - 17:02 (Last updated: 21 May 2025 - 20:15)
naxcivan ali meclis

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası başa çatıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov iclasın gündəliyinə “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihələrin daxil edildiyini bildirib.

Gündəlik təsdiq olunduqdan sonra Ali Məclisin sədr müavini Anar İbrahimov gündəlikdə duran birinci məsələ ilə bağlı qeyd edib ki, qanun layihəsi 14 avqust 2024-cü il tarixdə birinci oxunuşda müzakirə edilib, söylənilmiş təklif nəzərə alınmaqla onun üzərində iş davam etdirilməklə birinci oxunuşda qəbul edilib. Layihənin birinci oxunuşunda verilmiş təklifə Ali Məclisin İqtisadi siyasət komitəsi tərəfindən baxılıb, müzakirənin nəticəsi olaraq layihənin yenilənmiş variantda sonrakı oxunuşlar üçün Ali Məclisin iclasına təqdim olunması qərara alınıb. Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri İsa İsayev qanun layihəsinin müzakirəsi ilə əlaqədar məlumat verib, təmsil etdiyi komitənin rəyini diqqətə çatdırıb, “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Qanun səsə qoyularaq qəbul edilib.

Gündəlikdə duran növbəti məsələ – “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihə ilə bağlı Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri İsa İsayev məlumat verib, təmsil etdiyi komitənin rəyini diqqətə çatdırıb, qanun səsə qoyularaq qəbul olunub.

Sonda Ali Məclis sədrinin müavini Anar İbrahimov iclas iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb, bildirib ki, Ali Məclisdə çalışmaq qürurvericidir. Çünki bu məclisdə Ulu Öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanın təməl daşlarını atıb.

Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası öz işini başa çatdırıb.

Post navigation

Previous: Şəmkirin keçmiş icra başçısının şikayəti üzrə məhkəmə başlayıb
Next: Türkiyədə meymunçiçəyinə yoluxma şübhəsi ilə bir nəfər karantinə alınıb

Oxşar xəbərlər

mektebli
  • Sosial

Məktəbdə jurnalistləri döyən şagird boksçu imiş

User 29 Oktyabr 2026 - 13:26
həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
sebine ombudsman
  • Sosial

Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək

User 29 Oktyabr 2026 - 10:21

xƏBƏR

dava
  • Media

Mətbuat Şurası məktəbdə media əməkdaşının döyülməsi ilə bağlı açıqlama yayıb

User 29 Oktyabr 2026 - 13:53
Bakı şəhəri Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə şagirdin həyatını itirməsi ilə nəticələnmiş faciəli hadisə...
Read more about Mətbuat Şurası məktəbdə media əməkdaşının döyülməsi ilə bağlı açıqlama yayıb
Məktəbdə jurnalistləri döyən şagird boksçu imiş mektebli
  • Sosial

Məktəbdə jurnalistləri döyən şagird boksçu imiş

User 29 Oktyabr 2026 - 13:26
İsraildə seçkilərin nəticələri – Netanyahunun bloku 53 mandatda qalıb israil
  • Dünya

İsraildə seçkilərin nəticələri – Netanyahunun bloku 53 mandatda qalıb

User 29 Oktyabr 2026 - 13:12
Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib ceyhun fidan
  • Siyasət

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib

User 29 Oktyabr 2026 - 12:29
Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi

User 29 Oktyabr 2026 - 11:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.