Naxçıvan MR Ali Məclisinə yeni təyinat olub

- SƏRƏNCAM
27 Yanvar 2020 - 12:51

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Təltif və kadrlarla iş sektoruna yeni müdir təyin edilib.

APA-nın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Elşən Yolçuyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Təltif və kadrlarla iş sektorunun müdiri təyin olunub.

Qeyd edək ki, bundan əvvəl Ali Məclis Sədrinin 10 yanvar 2020-ci il tarixli sərəncamı ilə Təltif və kadrlarla iş sektorunun müdiri Gözəl Şahməmmədova vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Ümumi şöbəsinin müdiri təyin edilib.