Naxçıvan MR Ali Məclisinə yeni təyinat olub- SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Təltif və kadrlarla iş sektoruna yeni müdir təyin edilib.

APA-nın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Elşən Yolçuyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Təltif və kadrlarla iş sektorunun müdiri təyin olunub.

Qeyd edək ki, bundan əvvəl Ali Məclis Sədrinin 10 yanvar 2020-ci il tarixli sərəncamı ilə Təltif və kadrlarla iş sektorunun müdiri Gözəl Şahməmmədova vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Ümumi şöbəsinin müdiri təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Adı Çin yeməyinə uyğun qoyulan əfsanəvi basketbolçu

Sonrakı məqalə

6 rayon təhsil şöbəsinin rəhbəri işdən çıxarılıb